• Home  
  • Pakistanın təhlükəsizlik qüvvələri “Fitnə əl-Hindustan”ın beş üzvünü öldürüb
- Dünya - Gündəm - Hadisə

Pakistanın təhlükəsizlik qüvvələri “Fitnə əl-Hindustan”ın beş üzvünü öldürüb

Pakistanın təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbində şiddətli atışma zamanı beş yaraqlını zərərsizləşdirib və 23 girovu azad edib. Əks-səda “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə hərbi idarədən bildirilib. Bəyanata əsasən, yaraqlılar şənbə günü Bəlucistan əyalətindəki Kalat yaxınlığında qanunsuz nəzarət-buraxılış məntəqəsi quraraq, pul tələb etmək və əmlakı mənimsəmək məqsədilə insanları qaçırmaq üçün avtomobilləri saxlayıblar. Hərbçilərin məlumatına görə, […]

Hadisə

Pakistanın təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbində şiddətli atışma zamanı beş yaraqlını zərərsizləşdirib və 23 girovu azad edib.

Əks-səda “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə hərbi idarədən bildirilib.

Bəyanata əsasən, yaraqlılar şənbə günü Bəlucistan əyalətindəki Kalat yaxınlığında qanunsuz nəzarət-buraxılış məntəqəsi quraraq, pul tələb etmək və əmlakı mənimsəmək məqsədilə insanları qaçırmaq üçün avtomobilləri saxlayıblar.

Hərbçilərin məlumatına görə, öldürülənlər “Fitnə əl-Hindustan” separatçı qruplaşmasının üzvləri olublar.

Pakistanın təhlükəsizlik qüvvələri xüsusi əməliyyat nəticəsində altı yük maşını, üç avtobus və iki minik avtomobili, eləcə də silah, döyüş sursatı və partlayıcı maddələr müsadirə edib. Hərbçilərin sözlərinə görə, onlar qalan yaraqlıları tapmaq üçün ətraf əraziləri axtarışlar aparırlar.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.