Rusiyanın Samara vilayətində yüngül mühərrikli nəqliyyat təyyarəsi qəzaya uğrayıb, bir nəfər xəsarət alıb.
Əks-səda Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinə istinadən xəbər verir ki, hadisə avqustun 12-si səhər saatlarında Koşkinsk rayonunun Novaya Jizn yaşayış məntəqəsi yaxınlığında baş verib.
Qəzada xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Başqa xəsarət alan və ya ölən olmayıb.
Qəzanın səbəbi və başvermə şəraiti araşdırılır.


