• Home  
  • Paşinyan İranla sərhəd infrastrukturunun inventarlaşdırılması üçün komissiya yaradıb
- Dünya - Gündəm - Siyasət

Paşinyan İranla sərhəd infrastrukturunun inventarlaşdırılması üçün komissiya yaradıb

Ermənistanın Baş naziri Nikol Paşinyan İranla sərhəd infrastrukturunun inventarlaşdırılması və İran tərəfi ilə danışıqların aparılması məsələləri üzrə danışıqlar komissiyası təyin edib. Əks-səda yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin rəsmi portalında bildirilib. Komissiyaya Ermənistanın Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinin həmsərhəd ölkələr idarəsinin rəisi (hazırda sədr vəzifəsini icra edən Avetik Arutyunyan) rəhbərlik edəcək. […]

Ermənistanın Baş naziri Nikol Paşinyan İranla sərhəd infrastrukturunun inventarlaşdırılması və İran tərəfi ilə danışıqların aparılması məsələləri üzrə danışıqlar komissiyası təyin edib.

Əks-səda yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin rəsmi portalında bildirilib.

Komissiyaya Ermənistanın Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinin həmsərhəd ölkələr idarəsinin rəisi (hazırda sədr vəzifəsini icra edən Avetik Arutyunyan) rəhbərlik edəcək. Həmçinin, komissiyanın tərkibinə nazirliyin qeyd olunan idarəsindəki sərhədin delimitasiyası məsələləri üzrə şöbənin rəisi də daxil olacaq.

Komissiyanın tərkibinə həmçinin respublika Silahlı Qüvvələri Baş Qərargahının iki nümayəndəsi, ədliyyə nazirinin məsləhətçilərindən biri, sərhəd qoşunları şöbəsinin rəisi də daxil olmaqla Milli Təhlükəsizlik Xidmətinin üç əməkdaşı, eləcə də Daşınmaz Əmlakın Kadastrı Dövlət Komitəsinin şöbələrindən birinin rəisi daxil olacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.