• Home  
  • Paşinyan Türkmənistan və Özbəkistan prezidentləri ilə regional əməkdaşlığı müzakirə edib
- Dünya - Gündəm - Siyasət

Paşinyan Türkmənistan və Özbəkistan prezidentləri ilə regional əməkdaşlığı müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistana işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan lideri Şavkat Mirziyoyevlə görüşüb. Əks-səda Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Paşinyan və Mirziyoyev ticari-iqtisadi əlaqələrin genişləndirilməsini, ikitərəfli münasibətlərin və regionda əməkdaşlığın inkişafını müzakirə ediblər. Berdiməhəmmədovla görüşdə siyasi və ticari-iqtisadi əlaqələrin […]

Siyasət

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistana işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan lideri Şavkat Mirziyoyevlə görüşüb.

Əks-səda Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Paşinyan və Mirziyoyev ticari-iqtisadi əlaqələrin genişləndirilməsini, ikitərəfli münasibətlərin və regionda əməkdaşlığın inkişafını müzakirə ediblər.

Berdiməhəmmədovla görüşdə siyasi və ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, həmçinin Ermənistan-Türkmənistan münasibətlərinin digər məsələləri müzakirə olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.