• Home  
  • Polşada Baltik dənizi çimərliyində naməlum uçuş aparatının qalıqları aşkarlanıb
- Dünya - Gündəm - Hadisə

Polşada Baltik dənizi çimərliyində naməlum uçuş aparatının qalıqları aşkarlanıb

Polşanın hüquq-mühafizə orqanlarının əməkdaşları Baltik dənizi çimərliyində naməlum uçuş aparatının qalıqlarının aşkarlanması ilə bağlı araşdırma aparır. Əks-səda RMF24-ə istinadən xəbər verir ki, bu barədə ölkənin hərbi polisi xəbər verib. “Hərbi polis Qdansk Prokurorluğunun rəhbərliyi altında çimərlikdə naməlum uçuş aparatının qalıqları ilə bağlı araşdırma aparır. İstintaq davam etdikcə sizi məlumatlandıracağıq”, – açıqlamada deyilir. Radiostansiyanın məlumatına görə, qalıqları […]

Polşanın hüquq-mühafizə orqanlarının əməkdaşları Baltik dənizi çimərliyində naməlum uçuş aparatının qalıqlarının aşkarlanması ilə bağlı araşdırma aparır.

Əks-səda RMF24-ə istinadən xəbər verir ki, bu barədə ölkənin hərbi polisi xəbər verib.

“Hərbi polis Qdansk Prokurorluğunun rəhbərliyi altında çimərlikdə naməlum uçuş aparatının qalıqları ilə bağlı araşdırma aparır. İstintaq davam etdikcə sizi məlumatlandıracağıq”, – açıqlamada deyilir.

Radiostansiyanın məlumatına görə, qalıqları yoldan keçən şəxs aşkarlayıb və polisə müraciət edib. Sonra minaaxtaranlar, hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşları araşdırmaya cəlb olunublar.

İlkin məlumata görə, aşkarlanan aparat Polşa Silahlı Qüvvələrinə məxsus ola bilər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.