• Home  
  • Polşada iki günlük matəm elan edilib
- Dünya - Gündəm

Polşada iki günlük matəm elan edilib

Polşada Krakov şəhərinin mərkəzi meydanında baş verən atışma ilə əlaqədar noyabrın 8-i və 9-u ümummilli matəm günləri elan edilib. Əks-səda xəbər verir ki, bu barədə Polşa Prezidentinin Administrasiyası “X” sosial şəbəkəsində məlumat yayıb. Bildirilib ki, Krakovda Baş nazir Donald Tuskun rəhbərliyi ilə nazirlərin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə təcili müşavirə keçiriləcək. Görüşün yerli vaxtla saat […]

Polşada Krakov şəhərinin mərkəzi meydanında baş verən atışma ilə əlaqədar noyabrın 8-i və 9-u ümummilli matəm günləri elan edilib.

Əks-səda xəbər verir ki, bu barədə Polşa Prezidentinin Administrasiyası “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, Krakovda Baş nazir Donald Tuskun rəhbərliyi ilə nazirlərin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə təcili müşavirə keçiriləcək.

Görüşün yerli vaxtla saat 21:45-də (Bakı vaxtı ilə noyabrın 8-də saat 00:45-də) başlanması planlaşdırılır.

Krakovun əsas bazar meydanında atışma yerli vaxtla saat 15:00 radələrində baş verib. Polşa vətəndaşı avtomobildən yoldan keçənlərə atəş açıb. Polis şübhəlini saxlayıb, daha sonra o, xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində 6 nəfər ölüb, daha 15 nəfər yaralanıb. Yaralılardan 12-si ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.