• Home  
  • Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib
- Manşet - Ölkə - Rəsmi - Siyasət

Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti xanım İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. Əks-səda xəbər verir ki, mətndə deyilir: “Hörmətli xanım Prezident, Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin […]

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti xanım İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb.

Əks-səda xəbər verir ki, mətndə deyilir:

“Hörmətli xanım Prezident,

Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.

Qeyd edək ki, dünən Bolqarıstanda baş verən iki zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində 12 nəfər həlak olub. Ölkədə 11 noyabr milli matəm günü elan edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.