• Home  
  • “Qarabağ” klubu 4500 manat cərimələnib
- Gündəm - Idman - Ölkə

“Qarabağ” klubu 4500 manat cərimələnib

“Qarabağ” klubu 4500 manat cərimələnib. Əks-səda xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Buna Misli Premyer Liqasının X turunda “Qəbələ” ilə səfər oyununda (0:0) yaşananlar səbəb olub. Qarşılaşma başa çatandan sonra Ağdam təmsilçisinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edilib. “Köhlən atlar” buna görə 3000 manat ziyana düşüb. Bundan əlavə, “Qarabağ”a daha 1500 manat […]

“Qarabağ” klubu 4500 manat cərimələnib.

Əks-səda xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna Misli Premyer Liqasının X turunda “Qəbələ” ilə səfər oyununda (0:0) yaşananlar səbəb olub.

Qarşılaşma başa çatandan sonra Ağdam təmsilçisinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edilib. “Köhlən atlar” buna görə 3000 manat ziyana düşüb.

Bundan əlavə, “Qarabağ”a daha 1500 manat cərimə kəsilib. Komandanın futbolçusu Zakaria Savonun formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edilib.

“Qəbələ” isə “Zona 1” ərazisində kənar şəxslər olduğuna görə 1000 manat ödəyəcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.