• Home  
  • Qırmızı Bazarda traktor minaya düşüb, xəsarət alan var
- Gündəm - Hadisə - Ölkə

Qırmızı Bazarda traktor minaya düşüb, xəsarət alan var

Qırmızı Bazar qəsəbəsi yaxınlığında traktor minaya düşüb, xəsarət alan var. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb. Bildirilib ki, noyabrın 11-də Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri […]

Qırmızı Bazar qəsəbəsi yaxınlığında traktor minaya düşüb, xəsarət alan var.

Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.

Bildirilib ki, noyabrın 11-də Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.