• Home  
  • Qobustanda daha bir körpü yenilənəcək
- Cəmiyyət - Gündəm - Ölkə

Qobustanda daha bir körpü yenilənəcək

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində daha bir körpünün yenilənməsi nəzərdə tutulur. Əks-səda bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, son bir neçə ayda rayonda 5 yeni körpü inşa edilərək istifadəyə verilib. Onlardan 3-ü Qobustan qəsəbəsi ərazisində, Bakı–Ələt–Qazax magistral avtomobil yolunun 55-ci kilometrində, digər 2-si isə Səngəçal–Çeyildağ və Lökbatan–Güzdək avtomobil yollarında yerləşir. […]

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində daha bir körpünün yenilənməsi nəzərdə tutulur.

Əks-səda bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, son bir neçə ayda rayonda 5 yeni körpü inşa edilərək istifadəyə verilib. Onlardan 3-ü Qobustan qəsəbəsi ərazisində, Bakı–Ələt–Qazax magistral avtomobil yolunun 55-ci kilometrində, digər 2-si isə Səngəçal–Çeyildağ və Lökbatan–Güzdək avtomobil yollarında yerləşir.

Qobustanda istifadəyə verilən üçüncü körpünün uzunluğu 45,2 metr, hərəkət hissəsinin eni isə 10 metrdir.

Eyni ərazidə yerləşən 4-cü körpünün də sökülərək yenidən inşasına yaxın günlərdə başlanılması nəzərdə tutulur.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.