Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.
Əks-səda xəbər verir ki, hadisə rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Lada-Niva” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini dərəyə aşırıb. Nəticədə Yuxarı Tüləkəran kənd sakini, 1995-ci il təvəllüdlü Nurəli Əlirzayevin idarə etdiyi “Lada-Niva” markalı avtomobilin aşması nəticəsində avtomobildə olan sərnişin, 2003-cü il təvəllüdlü Fəqan Ədilov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.
Sürücü Nurəli Əlirzayev və digər sərnişin, 2005-ci il təvəllüdlü Nuray Ədilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.


