Şri-Lankada üç avtobusun toqquşması nəticəsində ən azı 2 nəfər ölüb.
Əks-səda yerli mediaya istinadən xəbər verir ki, daha 50-yə yaxın şəxs yaralanıb.
Məlumata görə, Şri-Lanka Nəqliyyat İdarəsinə məxsus iki avtobus toqquşub, bundan sonra isə digər avtobus onlardan birinə çırpılıb.
Mihintale polisi hadisənin başvermə şəraitini araşdırır.


