• Home  
  • Rafinya İspaniya çempionatında Lionel Messinin göstəricisini təkrarlayıb
- Dünya - Gündəm - Idman

Rafinya İspaniya çempionatında Lionel Messinin göstəricisini təkrarlayıb

İspaniya La Liqasının ilk 3 turunda 5 qol vuran “Barselona”nın braziliyalı hücumçusu Rafinya Lionel Messinin göstəricisini təkrarlayıb. Əks-səda xəbər verir ki, forvard “Elçe” və “Rayo Valyekano” ilə matçlarda dubl edib, “Atletik”lə görüşdə isə bir dəfə fərqlənib. Braziliyalı hücumçu klubun tarixində son 6 ildə buna nail olan ilk futbolçudur. O, hazırda 5 qolla çempionatın bombardirləri siyahısına başçılıq […]

İdman

İspaniya La Liqasının ilk 3 turunda 5 qol vuran “Barselona”nın braziliyalı hücumçusu Rafinya Lionel Messinin göstəricisini təkrarlayıb.

Əks-səda xəbər verir ki, forvard “Elçe” və “Rayo Valyekano” ilə matçlarda dubl edib, “Atletik”lə görüşdə isə bir dəfə fərqlənib.

Braziliyalı hücumçu klubun tarixində son 6 ildə buna nail olan ilk futbolçudur. O, hazırda 5 qolla çempionatın bombardirləri siyahısına başçılıq edir. “Barselona” mövsümün startında keçirdiyi matçlarda 12 qol vurub ki, bunlardan 5-i məhz hücumçunun payına düşüb.

Qeyd edək ki, “Barselona”da sonuncu dəfə 2020/2021 mövsümündə Lionel Messi çempionatın ilk 3 matçında fərqlənməyi bacarmışdı. Həmçinin Sesk Fabreqas (2011/2012), Zlatan İbrahimoviç (2009/2010) və Samuel Eto (2006/2007) da analoji göstəriciyə imza atıblar.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.