• Home  
  • “Real” səfərdə “Valensiya”nı darmadağın edib
- Dünya - Gündəm - Idman

“Real” səfərdə “Valensiya”nı darmadağın edib

“Real Madrid” klubu İspaniya La Liqasının XII turunda səfərdə “Valensiya”ya böyük hesabla qalib gəlib. Əks-səda xəbər verir ki, “Mestalya” stadionunda keçirilən görüş 3:0 hesabı ilə başa çatıb. “Real”ın yarımmüdafiəçisi Federiko Valverde 28-ci dəqiqədə hesabı açıb. Arda Gülər 36-cı dəqiqədə komandasının üstünlüyünü ikiqat artırıb. Kilian Mbappe isə 75-ci dəqiqədə Madrid təmsilçisinin üçüncü qolunu vurub. “Valensiya”nın müdafiəçisi Xose […]

“Real Madrid” klubu İspaniya La Liqasının XII turunda səfərdə “Valensiya”ya böyük hesabla qalib gəlib.

Əks-səda xəbər verir ki, “Mestalya” stadionunda keçirilən görüş 3:0 hesabı ilə başa çatıb.

“Real”ın yarımmüdafiəçisi Federiko Valverde 28-ci dəqiqədə hesabı açıb. Arda Gülər 36-cı dəqiqədə komandasının üstünlüyünü ikiqat artırıb. Kilian Mbappe isə 75-ci dəqiqədə Madrid təmsilçisinin üçüncü qolunu vurub.

“Valensiya”nın müdafiəçisi Xose Luis Qaya 79-cu dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu qələbədən sonra “Real” xallarının sayını 30-a çatdıraraq müvəqqəti olaraq turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. 9 xalı olan “Valensiya” isə 19-cu yerdə qərarlaşıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.