• Home  
  • Efiopiyada torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Efiopiyada torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb

Efiopiyanın şimalındakı Amhara regionunda torpaq sürüşməsi nəticəsində azı 14 nəfər həlak olub, yeddi nəfər ağır yaralanıb. Əks-səda xəbər verir ki, hadisə bazar ertəsi Müqəddəs Məryəmin Tsadkane Debre Mitmak monastırı yaxınlığında qeydə alınıb. Fəlakətin səbəbi dağ süxurlarının uçmasına gətirib çıxaran şiddətli yağışlar olub. Həmin vaxt müqəddəs su ilə yuyunma ayinini icra etmək üçün monastırın yaxınlığına yüzlərlə dindar […]

Efiopiyanın şimalındakı Amhara regionunda torpaq sürüşməsi nəticəsində azı 14 nəfər həlak olub, yeddi nəfər ağır yaralanıb.

Əks-səda xəbər verir ki, hadisə bazar ertəsi Müqəddəs Məryəmin Tsadkane Debre Mitmak monastırı yaxınlığında qeydə alınıb.

Fəlakətin səbəbi dağ süxurlarının uçmasına gətirib çıxaran şiddətli yağışlar olub. Həmin vaxt müqəddəs su ilə yuyunma ayinini icra etmək üçün monastırın yaxınlığına yüzlərlə dindar toplaşıb.

Zərərçəkənlər Debre-Birhan şəhərinin xəstəxanalarına çatdırılıblar. Dağıntılar altında qalanlar var və bununla əlaqədar olaraq axtarış-xilasetmə işləri davam etdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.