İspaniyanın “Real” klubu braziliyalı hücumçu Vinisius Juniorla müqavilənin müddətini uzadıb.
Əks-səda xəbər verir ki, bu barədə “Kral klubu”nun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında keçirilən danışıqlar uğurla başa çatıb. Onun yeni sözləşməsi 2032-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 26 yaşlı futbolçu 2018-ci ildən “Real”ın formasını geyinir. Onun hazırkı müqaviləsinin müddəti 2026/2027 mövsümünün sonunadək qüvvədədir.


