• Home  
  • Yaponiyada güclü zəlzələ baş verib
- Dünya - Gündəm - Hadisə

Yaponiyada güclü zəlzələ baş verib

Yaponiyanın cənub-qərbində 5,1 bal gücündə zəlzələ qeydə alınıb. Əks-səda xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyinə (JMA) istinadən məlumat yayılıb. Bildirilib ki, yeraltı təkanların episentri Kyusyu adasında yerləşən Kumamoto prefekturası ərazisində olub. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib və təkanların maksimal intensivliyi 4 bal təşkil edib. Tsunami təhlükəsi elan olunmayıb. Zəlzələ nəticəsində xəsarət alanlar və […]

Yaponiyanın cənub-qərbində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Əks-səda xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyinə (JMA) istinadən məlumat yayılıb.

Bildirilib ki, yeraltı təkanların episentri Kyusyu adasında yerləşən Kumamoto prefekturası ərazisində olub. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib və təkanların maksimal intensivliyi 4 bal təşkil edib.

Tsunami təhlükəsi elan olunmayıb. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.