• Home  
  • “Reuters”: ABŞ-də avtomobilin piyadaları vurması nəticəsində üç nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

“Reuters”: ABŞ-də avtomobilin piyadaları vurması nəticəsində üç nəfər ölüb

Amerikanın Los-Anceles şəhərində (Kaliforniya ştatı) avtomobilin piyadaları vurması nəticəsində üç nəfər ölüb, üç nəfər ağır xəsarət alıb. Əks-səda “Reuters”ə istinadən xəbər verir ki, hadisə Şimali Hollivud rayonunda, Lankerşim bulvarında baş verib. Yerli yanğınsöndürmə xidmətinin məlumatına görə, zərərçəkənlərdən üçü hadisə yerində həyatını itirib. Daha üç nəfər kritik vəziyyətdə xəstəxanalara çatdırılıb. Məlumata görə, xəstəxanaya yerləşdirilənlər arasında iki piyada […]

Amerikanın Los-Anceles şəhərində (Kaliforniya ştatı) avtomobilin piyadaları vurması nəticəsində üç nəfər ölüb, üç nəfər ağır xəsarət alıb.

Əks-səda “Reuters”ə istinadən xəbər verir ki, hadisə Şimali Hollivud rayonunda, Lankerşim bulvarında baş verib.

Yerli yanğınsöndürmə xidmətinin məlumatına görə, zərərçəkənlərdən üçü hadisə yerində həyatını itirib. Daha üç nəfər kritik vəziyyətdə xəstəxanalara çatdırılıb.

Məlumata görə, xəstəxanaya yerləşdirilənlər arasında iki piyada və avtomobilin sürücüsü var.

Hadisə ilə bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.