• Home  
  • Rostov yaxınlığında “Ozon”un iki logistika mərkəzi PUA zərbələri səbəbindən işini dayandırıb
- Dünya - Gündəm - Hadisə

Rostov yaxınlığında “Ozon”un iki logistika mərkəzi PUA zərbələri səbəbindən işini dayandırıb

Rostov vilayətində “Ozon”un iki logistika mərkəzi pilotsuz uçuş aparatları ilə (PUA) zərbələrdən sonra işini müvəqqəti dayandırıb. Əks-səda xəbər verir ki, bu barədə şirkət teleqram kanalında məlumat yayıb. “Ozon”un məlumatına görə, ötən gecə logistika obyektlərindən biri zərbələrə məruz qalıb. İşçilər əvvəlcədən təxliyə edilib, yaralanan yoxdur. Obyektdə kiçik yanğın baş verib və operativ şəkildə söndürülüb. Ərazinin təcili xidmətlər […]

Hadisə

Rostov vilayətində “Ozon”un iki logistika mərkəzi pilotsuz uçuş aparatları ilə (PUA) zərbələrdən sonra işini müvəqqəti dayandırıb.

Əks-səda xəbər verir ki, bu barədə şirkət teleqram kanalında məlumat yayıb.

“Ozon”un məlumatına görə, ötən gecə logistika obyektlərindən biri zərbələrə məruz qalıb. İşçilər əvvəlcədən təxliyə edilib, yaralanan yoxdur. Obyektdə kiçik yanğın baş verib və operativ şəkildə söndürülüb.

Ərazinin təcili xidmətlər tərəfindən yoxlanılması üçün kompleksin işi müvəqqəti dayandırılıb.

Bundan əlavə, şirkətin ikinci logistika mərkəzinin yerləşdiyi ərazidəki təhlükə səbəbindən işçilər təxliyə edilib. Yaralanan yoxdur, obyektin özünə ziyan dəyməyib. Təhlükəsizlik üçün onun da fəaliyyəti müvəqqəti dayandırılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.