• Home  
  • “Qazprom Ermənistan”ın dörd əməkdaşı həbs edilib
- Dünya - Gündəm - Hadisə

“Qazprom Ermənistan”ın dörd əməkdaşı həbs edilib

“Qazprom Ermənistan” QSC-nin dörd əməkdaşı və Ermənistanın Şəhərsalma, Texniki və Yanğın Təhlükəsizliyi Müfəttişliyi Orqanının bir nümayəndəsi yeni tikililərin qaz təchizatına qoşulması zamanı yol verilən pozuntularla bağlı iş üzrə həbs ediliblər. Əks-səda Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Antikorrupsiya Komitəsindən məlumat verilib. Məhkəmə iş üzrə dörd nəfər barəsində həbs qətimkan tədbiri seçib. Daha bir nəfər […]

“Qazprom Ermənistan” QSC-nin dörd əməkdaşı və Ermənistanın Şəhərsalma, Texniki və Yanğın Təhlükəsizliyi Müfəttişliyi Orqanının bir nümayəndəsi yeni tikililərin qaz təchizatına qoşulması zamanı yol verilən pozuntularla bağlı iş üzrə həbs ediliblər.

Əks-səda Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Antikorrupsiya Komitəsindən məlumat verilib.

Məhkəmə iş üzrə dörd nəfər barəsində həbs qətimkan tədbiri seçib. Daha bir nəfər isə ev dustaqlığına buraxılıb.

İstintaq qaz təchizatının təşkili zamanı pozuntulara yol verilmiş obyektlər üzrə müsbət rəylərin alınması üçün rüşvət verilməsi halları üzrə aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.