• Home  
  • Rusiya nefti daşıyan tanker Qara dənizdə PUA hücumuna məruz qalıb
- Dünya - Gündəm - Hadisə

Rusiya nefti daşıyan tanker Qara dənizdə PUA hücumuna məruz qalıb

Yunanıstanın idarə etdiyi neft tankeri “Skiros” Rusiyanın Novorossiysk yaxınlığındakı Xəzər Boru Kəməri Konsorsiumunda (KTK) Rusiya nefti yüklədikdən sonra Qara dənizdə hücuma məruz qalıb. Əks-səda xəbər verir ki, bu barədə Bloomberg nəşri yazıb. Agentliyin məlumatına görə, “Skiros” adlı “Suezmax” sinfinə aid tankerlə bağlı insident avqustun 16-da axşam saatlarında baş verib. Gəmi Rusiya nefti ilə yüklənib. Məqalədə qeyd olunub […]

Yunanıstanın idarə etdiyi neft tankeri “Skiros” Rusiyanın Novorossiysk yaxınlığındakı Xəzər Boru Kəməri Konsorsiumunda (KTK) Rusiya nefti yüklədikdən sonra Qara dənizdə hücuma məruz qalıb.

Əks-səda xəbər verir ki, bu barədə Bloomberg nəşri yazıb.

Agentliyin məlumatına görə, “Skiros” adlı “Suezmax” sinfinə aid tankerlə bağlı insident avqustun 16-da axşam saatlarında baş verib. Gəmi Rusiya nefti ilə yüklənib.

Məqalədə qeyd olunub ki, bu, təxminən üç həftəlik fasilədən sonra KTK terminalına daxil olan gəmiyə qarşı ilk hücumdur.

“Skiros” tankerinin idarəedici şirkəti bildirib ki, insident nəticəsində heç kim xəsarət almayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.