• Home  
  • Rusiya Odessada “Yujnı” limanını və yarımstansiyanı vurub
- Dünya - Gündəm - Hadisə

Rusiya Odessada “Yujnı” limanını və yarımstansiyanı vurub

Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa vilayətində yerləşən “Yujnı” limanına zərbələr endirib. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bundan başqa, limanı təmin edən PS-330 “Acalik” elektrik yarımstansiyası da vurulub. Məlumata görə, “Yujnı” limanında yanacaq-sürtkü materialları daşıyan tanker, Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan beş yanacaq çəni, hərbi təyinatlı əmlakın saxlanıldığı […]

Rusiya - Ukrayna

Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa vilayətində yerləşən “Yujnı” limanına zərbələr endirib.

Əks-səda xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bundan başqa, limanı təmin edən PS-330 “Acalik” elektrik yarımstansiyası da vurulub.

Məlumata görə, “Yujnı” limanında yanacaq-sürtkü materialları daşıyan tanker, Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan beş yanacaq çəni, hərbi təyinatlı əmlakın saxlanıldığı on anbar, hərbi yüklərin boşaldılması və saxlanması üçün istifadə edilən liman infrastrukturu obyektləri vurulub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.