• Home  
  • Rusiya ordusu Kiyevə raket zərbəsi endirib
- Dünya - Gündəm

Rusiya ordusu Kiyevə raket zərbəsi endirib

Rusiya Silahlı Qüvvələri Kiyevə raket zərbəsi endirib. Əks-səda xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko bildirib. “Şəhərdə partlayışlar baş verir. Paytaxtda hava hücumundan müdafiə qüvvələri işləyir”, – o, sosial şəbəkə hesabında yazıb. Öz növbəsində, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığı raketlərin Kiyev istiqamətində hərəkət etdiyini təsdiqləyib. “Kiyev istiqamətində bir neçə yüksək sürətli hədəf […]

Rusiya Silahlı Qüvvələri Kiyevə raket zərbəsi endirib.

Əks-səda xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko bildirib.

“Şəhərdə partlayışlar baş verir. Paytaxtda hava hücumundan müdafiə qüvvələri işləyir”, – o, sosial şəbəkə hesabında yazıb.

Öz növbəsində, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığı raketlərin Kiyev istiqamətində hərəkət etdiyini təsdiqləyib.

“Kiyev istiqamətində bir neçə yüksək sürətli hədəf hərəkət edir”, – məlumatda qeyd olunub.

Partlayış səsləri Kiyev vilayətində də eşidilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.