• Home  
  • Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib
- Dünya - Gündəm - Hadisə

Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib

Rusiya ordusu oktyabrın 27-də Ukrayna paytaxtı Kiyevə ballistik raket zərbələri endirib. Əks-səda xəbər verir ki, gecədən səhərə qədər baş tutan hücumda Kiyevə 20-dən çox zərbə endirilib. Zərbələr nəticəsində əsasən Kiyevin Dnepr çayının sol sahilində yerləşən rayonları ciddi zərər görüb. Darnitski rayonu ərazisində tələbə yataqxanası, xəstəxana və yaşayış evləri ziyan çəkib. Tələbələr arasında ölən və yaralananlar var. […]

Rusiya ordusu oktyabrın 27-də Ukrayna paytaxtı Kiyevə ballistik raket zərbələri endirib.

Əks-səda xəbər verir ki, gecədən səhərə qədər baş tutan hücumda Kiyevə 20-dən çox zərbə endirilib.

Zərbələr nəticəsində əsasən Kiyevin Dnepr çayının sol sahilində yerləşən rayonları ciddi zərər görüb. Darnitski rayonu ərazisində tələbə yataqxanası, xəstəxana və yaşayış evləri ziyan çəkib. Tələbələr arasında ölən və yaralananlar var.

Zərbələr zamanı Kiyevi Dnepr çayı ilə birləşdirən sağ və sol sahil arasında strateji körpü olan cənub körpüsü də ciddi zədə alıb. Körpü hazırda tamamilə bağlanıb. Ümumilikdə paytaxtda ölənlərin sayı 3, yaralananların sayının 20-ə çatdığı bildirilir. Bildirilir ki, say arta da bilər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.