• Home  
  • Rusiya Ukrayna üçün yük daşıyan 7 gəmini vurub
- Dünya - Gündəm - Hadisə

Rusiya Ukrayna üçün yük daşıyan 7 gəmini vurub

Rusiya Silahlı Qüvvələri Qara dənizdə Ukrayna Silahlı Qüvvələri üçün yük daşıyan yeddi gəmini vurub. Əks-səda xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib. Quru yük gəmiləri “Geran-4 Siker” pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qalıb. “Hərbi təyinatlı yük daşıyan gəmilər Nikolayev limanında və Qara dəniz əməliyyat zonasında keçid zamanı vurulub. Ukrayna limanlarına və gəmilərə müntəzəm […]

Rusiya Silahlı Qüvvələri Qara dənizdə Ukrayna Silahlı Qüvvələri üçün yük daşıyan yeddi gəmini vurub.

Əks-səda xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Quru yük gəmiləri “Geran-4 Siker” pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qalıb.

“Hərbi təyinatlı yük daşıyan gəmilər Nikolayev limanında və Qara dəniz əməliyyat zonasında keçid zamanı vurulub. Ukrayna limanlarına və gəmilərə müntəzəm şəkildə zərbələrin endirilməsi Ukrayna Silahlı Qüvvələrinin silah və hərbi texnikanın daşınması üzrə imkanlarını azaldır”, – məlumatda bildirilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.