Rusiyanın Silahlı Qüvvələri Ukraynanın Xarkov şəhərində çoxmərtəbəli yaşayış binasına zərbə endirib.
Əks-səda xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov bildirib.
“Xarkovun Saltovsk rayonunda çoxmərtəbəli yaşayış binasına, eləcə də qonşu binaya zərbə endirilib. Binanın içərisində insanlar qalıb; xilasetmə əməliyyatı başlayıb”, – o, sosial şəbəkə hesabında yazıb.
Mer əlavə edib ki, zərbə nəticəsində iki nəfər ölüb, 12 nəfər yaralanıb.


