• Home  
  • Krasnodara PUA hücumları nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb
- Dünya - Gündəm - Hadisə

Krasnodara PUA hücumları nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb

Rusiyanın Krasnodar diyarına pilotsuz uçuş aparatlarının (PUA) hücumu zamanı 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə qubernator Veniamin Kondratyev məlumat verib. Onun sözlərinə görə, dron hücumu nəticəsində Armavirdə “Wildberries” anbarının əməkdaşı həlak olub. “Üç nəfərin vəziyyəti ağır, bir nəfərin vəziyyəti isə orta ağırdır. Onlar şəhərin tibb müəssisələrinə yerləşdiriliblər. Qalan altı […]

Rusiyanın Krasnodar diyarına pilotsuz uçuş aparatlarının (PUA) hücumu zamanı 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Əks-səda xəbər verir ki, bu barədə qubernator Veniamin Kondratyev məlumat verib.

Onun sözlərinə görə, dron hücumu nəticəsində Armavirdə “Wildberries” anbarının əməkdaşı həlak olub.

“Üç nəfərin vəziyyəti ağır, bir nəfərin vəziyyəti isə orta ağırdır. Onlar şəhərin tibb müəssisələrinə yerləşdiriliblər. Qalan altı nəfərə ambulator yardım göstərilib”, – qubernator bildirib.

Həmçinin Krasnodarda iki çoxmənzilli binaya, Dinskaya yaşayış məntəqəsində isə iki fərdi evə PUA qalıqları düşüb, xəsarət alan yoxdur.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.