• Home  
  • Rusiyada polis əməkdaşları yük maşını ilə toqquşmada həlak olub
- Dünya - Gündəm - Hadisə

Rusiyada polis əməkdaşları yük maşını ilə toqquşmada həlak olub

Rusiyanın Kareliya Respublikasının Kondopoqa rayonunda R-21 “Kola” avtomobil yolunda baş verən yol qəzasında iki polis əməkdaşı da daxil olmaqla üç nəfər ölüb. Əks-səda TASS-a istinadən xəbər verir ki, bu barədə regionun Daxili İşlər Nazirliyindən məlumat verilib. “Qəza nəticəsində üç nəfər, o cümlədən iki polis əməkdaşı həlak olub. Polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirirmişlər”, – deyə məlumatda […]

Rusiyanın Kareliya Respublikasının Kondopoqa rayonunda R-21 “Kola” avtomobil yolunda baş verən yol qəzasında iki polis əməkdaşı da daxil olmaqla üç nəfər ölüb.

Əks-səda TASS-a istinadən xəbər verir ki, bu barədə regionun Daxili İşlər Nazirliyindən məlumat verilib.

“Qəza nəticəsində üç nəfər, o cümlədən iki polis əməkdaşı həlak olub. Polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirirmişlər”, – deyə məlumatda bildirilib.

Daha bir polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Hadisənin bütün təfərrüatları araşdırılır.

Yerli mətbuatın məlumatına görə, qəza yük maşını ilə məhbus daşıyan xüsusi avtomobilin (“avtozak”) toqquşması nəticəsində baş verib. Həlak olan üçüncü şəxsin məhbus olduğu bildirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.