Sabah Bakının Nizami rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun Bəkir Çobanzadə küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.


