Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Əks-səda xəbər verir ki, hadisə rayonun Osmanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Jiquli” markalı avtomobil digər minik avtomobili ilə toqquşub. İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb. Ölən şəxs Şirvan şəhər sakini, 1954-cü il təvəllüdlü İbrahimov Rahim Məzahir oğludur.
Qəza nəticəsində Şirvan şəhər sakinləri, 1971-ci il təvəllüdlü Qasımov Oktay Qurban oğlu, 2001-ci il təvəllüdlü Qədirli Kamal Mövsüm oğlu və daha bir nəfər xəsarət alıb.
Onlar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

