• Home  
  • SEPAH: Fars körfəzində ABŞ-nin hərbi gəmisi qalmayıb
- Dünya - Gündəm - Siyasət

SEPAH: Fars körfəzində ABŞ-nin hərbi gəmisi qalmayıb

Fars körfəzində ABŞ-nin hərbi gəmiləri yoxdur və su nəqliyyat vasitələri Hörmüz boğazından 500 kilometr aralıdadır. Əks-səda xəbər verir ki, bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohəbbi “Tasnim”ə müsahibə zamanı deyib. “Müharibədən əvvəl Fars körfəzində 30-40 Amerika hərbi gəmisinin olduğuna şahid idik, amma bu gün vəziyyət tamamilə dəyişib”, o bildirib və əlavə edib ki, Fars […]

Siyasət

Fars körfəzində ABŞ-nin hərbi gəmiləri yoxdur və su nəqliyyat vasitələri Hörmüz boğazından 500 kilometr aralıdadır.

Əks-səda xəbər verir ki, bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohəbbi “Tasnim”ə müsahibə zamanı deyib.

“Müharibədən əvvəl Fars körfəzində 30-40 Amerika hərbi gəmisinin olduğuna şahid idik, amma bu gün vəziyyət tamamilə dəyişib”, o bildirib və əlavə edib ki, Fars körfəzində Amerika gəmisi qalmayıb.

Onun sözlərinə görə, hətta Bəhreyndə yerləşən, marşrutu Fars körfəzindən keçən Amerikanın Beşinci Donanmasında da bir gəmi və ya kiçik su nəqliyyatı vasitəsi yoxdur:

“Amerika gəmiləri hazırda Hörmüz boğazının girişindən və Fars körfəzindən ən azı 500 kilometr uzaqlaşıblar”.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.