• Home  
  • Sabirabadda panton körpünün üzərində hərəkət bərpa olunub
- Cəmiyyət - Gündəm - Ölkə

Sabirabadda panton körpünün üzərində hərəkət bərpa olunub

Sabirabad rayonunda Kür çayı üzərində yerləşən və bir neçə kəndi birləşdirən panton körpüdə nəqliyyatın hərəkəti bərpa olunub. Əks-səda xəbər verir ki, keçidin açılması Ulacalı, Qəzli, Quruzma, Kovlar və Yenikənd kəndləri arasında gediş-gəlişi əhəmiyyətli dərəcədə asanlaşdırıb. Xatırladaq ki, cari il aprelin 29-da Kürdə suyun səviyyəsinin artması nəticəsində Ulacalı və Quruzma kəndlərini birləşdirən körpüdə hərəkət dayandırılmışdı. Körpünün hər birinin […]

Cəmiyyət

Sabirabad rayonunda Kür çayı üzərində yerləşən və bir neçə kəndi birləşdirən panton körpüdə nəqliyyatın hərəkəti bərpa olunub.

Əks-səda xəbər verir ki, keçidin açılması Ulacalı, Qəzli, Quruzma, Kovlar və Yenikənd kəndləri arasında gediş-gəlişi əhəmiyyətli dərəcədə asanlaşdırıb.

Xatırladaq ki, cari il aprelin 29-da Kürdə suyun səviyyəsinin artması nəticəsində Ulacalı və Quruzma kəndlərini birləşdirən körpüdə hərəkət dayandırılmışdı.

Körpünün hər birinin uzunluğu 6 metr olan iki panton dayağı suda batmışdı. Bu səbəbdən piyadaların və nəqliyyat vasitələrinin keçidi mümkün olmayıb, sakinlər alternativ yoldan istifadə edərək əlavə 15-20 kilometr məsafə qət etməli olublar.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.