• Home  
  • Sankt-Peterburqda beş nəfər meymunçiçəyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib
- Dünya - Gündəm - Sağlamlıq

Sankt-Peterburqda beş nəfər meymunçiçəyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Rusiyanın Sankt-Peterburq şəhərində beş nəfər meymun çiçəyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib və tibbi müayinə altındadır. Əks-səda “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Regionlararası İdarəsi məlumat verib. “Beş nəfər xəstəxanaya yerləşdirilib və tibbi müşahidə altındadır. Dezinfeksiya üçün göstəriş verilib”, – agentlik quruma əsasən bildirib. Qeyd olunur ki, “Rospotrebnadzor”un mütəxəssisləri […]

Rusiyanın Sankt-Peterburq şəhərində beş nəfər meymun çiçəyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib və tibbi müayinə altındadır.

Əks-səda “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Regionlararası İdarəsi məlumat verib.

“Beş nəfər xəstəxanaya yerləşdirilib və tibbi müşahidə altındadır. Dezinfeksiya üçün göstəriş verilib”, – agentlik quruma əsasən bildirib.

Qeyd olunur ki, “Rospotrebnadzor”un mütəxəssisləri meymunçiçəyinə yoluxma ehtimalı barədə məlumat aldıqdan sonra dərhal sanitar-epidemioloji araşdırmaya başlayıblar.

Daha əvvəl, Moskva vilayətində meymunçiçəyinə yoluxma ehtimalı olan xəstə ilə təmasda olan beş nəfər xəstəxanaya yerləşdirilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.