İran Silahlı Qüvvələri ABŞ-nin “MQ-9” pilotsuz uçuş aparatını Hörmüzqan əyaləti üzərində vurub.
Əks-səda xəbər verir ki, bu barədə İranın dövlət televiziyası (IRIB) İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatına istinadən bildirib.
“MQ-9″ pilotsuz uçuş aparatı SEPAH-ın yeni təkmilləşdirilmiş hava hücumundan müdafiə sistemi vasitəsilə Hörmüzqan əyaləti üzərində vurulub”, – məlumatda qeyd olunub.


