İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında iki neft tankeri ilə bağlı insident barədə məlumat verib.
Əks-səda xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
“Hər iki tanker naviqasiya və lokasiya sistemlərini söndürüb və ABŞ hərbçilərinin dəstəyi ilə “icazə verilməyən marşrut”la boğazdan çıxmağa cəhd edib”, – məlumatda bildirilib.
Hadisə ilə bağlı konkret təfərrüatlar açıqlanmayıb.


