• Home  
  • Ələt-Astara yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var
- Gündəm - Hadisə - Ölkə

Ələt-Astara yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var

Ələt-Astara avtomobil yolunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı “Hyundai Sonata” və “Hundai Elantra” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 3 nəfər – Beyləqan rayon sakini 1997-ci il təvəllüdlü Kərimov Məhər Qurban oğlu, Binəqədi rayon […]

Ələt-Astara avtomobil yolunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Əks-səda xəbər verir ki, hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı “Hyundai Sonata” və “Hundai Elantra” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 3 nəfər – Beyləqan rayon sakini 1997-ci il təvəllüdlü Kərimov Məhər Qurban oğlu, Binəqədi rayon sakinləri 1999-cu il təvəllüdlü Mustafayev Balaş Yaşar oğlu və 1999-cu il təvəllüdlü Mustafalı Elşən Natiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.