• Home  
  • Slovakiya prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
- Gündəm - Manşet

Slovakiya prezidenti Bakıda şəhidlərin xatirəsini anıb

Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 15-də Şəhidlər xiyabanını ziyarət edib. “Əks-səda” xəbər verir ki, ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Sonra Azərbaycan paytaxtının mənzərəsini seyr edən Slovakiya prezidentinə Şəhidlər xiyabanının tarixi, bu […]

Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 15-də Şəhidlər xiyabanını ziyarət edib.

Əks-səda” xəbər verir ki, ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Azərbaycan paytaxtının mənzərəsini seyr edən Slovakiya prezidentinə Şəhidlər xiyabanının tarixi, bu məkanın xalqımızın yaddaşında tutduğu xüsusi yer və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.