• Home  
  • Ərdoğan: Qardaşım İlham Əliyevə kədər və sevincdə hər zaman bir olduğumuzu çatdırıram
- Gündəm - Ölkə - Siyasət

Ərdoğan: Qardaşım İlham Əliyevə kədər və sevincdə hər zaman bir olduğumuzu çatdırıram

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Əks-səda xəbər verir ki, Türkiyə Prezidenti bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib. “Dost və qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü ölkəm və millətimin adından səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan Prezidenti qardaşım İlham Əliyevə, kədər və sevincdə hər zaman bir olduğumuz Azərbaycan türkü qardaşlarıma salamlarımı […]

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Əks-səda xəbər verir ki, Türkiyə Prezidenti bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Dost və qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü ölkəm və millətimin adından səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Prezidenti qardaşım İlham Əliyevə, kədər və sevincdə hər zaman bir olduğumuz Azərbaycan türkü qardaşlarıma salamlarımı çatdırıram”, – paylaşımda qeyd olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.