• Home  
  • Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
- Gündəm - Hadisə - Ölkə - Sağlamlıq

Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək ölüb. Əks-səda “Report”a istinadən xəbər verir ki, şəhərin Xəzər bağları massivində yaşayan 1981-ci il təvəllüdlü Samir Vaqif oğlu İsrayılov ağır vəziyyətdə əvvəlcə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Kimyəvi məhluldan zəhərləndiyi təxmin olunan S. İsrayılov sonradan Bakı şəhərində yerləşən xəstəxanalardan birinə köçürülüb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas […]

Hadisə

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək ölüb.

Əks-səda “Report”a istinadən xəbər verir ki, şəhərin Xəzər bağları massivində yaşayan 1981-ci il təvəllüdlü Samir Vaqif oğlu İsrayılov ağır vəziyyətdə əvvəlcə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Kimyəvi məhluldan zəhərləndiyi təxmin olunan S. İsrayılov sonradan Bakı şəhərində yerləşən xəstəxanalardan birinə köçürülüb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin səbəbləri ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.