• Home  
  • Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb
- Dünya - Gündəm - Hadisə

Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb

Tbilisi meriyası yaxınlığında keçirilən etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Nazirliyin məlumatına görə, saxlanılan şəxslər ictimai yerdə təhqiramiz məzmunlu bannerlər nümayiş etdirib, ictimai asayişi pozub və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstəriblər. Qeyd olunub ki, həmin şəxslər Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin […]

Tbilisi meriyası yaxınlığında keçirilən etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb.

Əks-səda xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Nazirliyin məlumatına görə, saxlanılan şəxslər ictimai yerdə təhqiramiz məzmunlu bannerlər nümayiş etdirib, ictimai asayişi pozub və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstəriblər.

Qeyd olunub ki, həmin şəxslər Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 166-cı (xırda xuliqanlıq) və 173-cü (polisin qanuni tələbinə tabe olmama) maddələri əsasında inzibati qaydada saxlanılıblar.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.