• Home  
  • Tramp Polşada ABŞ hərbi bazasının yaradıla biləcəyini açıqlayıb
- Dünya - Gündəm - Siyasət

Tramp Polşada ABŞ hərbi bazasının yaradıla biləcəyini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Polşa ərazisində Amerika hərbi bazasının yaradıla biləcəyini bildirib. Əks-səda xəbər verir ki, o, bunu Ağ Evin qarşısında jurnalistlərin suallarını cavablandırarkən deyib. “Biz bunu nəzərdən keçiririk və bu, həyata keçirilə bilər. Siz mənim (bazanın yaradılması ilə bağlı) qərar qəbul edib-etmədiyimi bilmirsiniz. Ola bilsin ki, mən artıq qərar vermişəm”, – deyə Tramp əlavə edib. Daha […]

Siyasət

ABŞ Prezidenti Donald Tramp Polşa ərazisində Amerika hərbi bazasının yaradıla biləcəyini bildirib.

Əks-səda xəbər verir ki, o, bunu Ağ Evin qarşısında jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Biz bunu nəzərdən keçiririk və bu, həyata keçirilə bilər. Siz mənim (bazanın yaradılması ilə bağlı) qərar qəbul edib-etmədiyimi bilmirsiniz. Ola bilsin ki, mən artıq qərar vermişəm”, – deyə Tramp əlavə edib.

Daha əvvəl Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, Polşada daimi hərbi bazanın yaradılması ABŞ-ın milli təhlükəsizlik strategiyasına daxil edilib.

Qeyd edək ki, sentyabrın 28-də Polşanın dövlət aktivləri nazirinin müavini Konrad Qolot bildirib ki, Polşanın Demblin şəhərində ABŞ-ın AH-64E Apache zərbə helikopterlərinin mühərriklərinə texniki xidmət göstərən servis mərkəzi açılacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.