• Home  
  • Türkiyədə keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb
- Dünya - Gündəm - Hadisə

Türkiyədə keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb

İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən iş yerlərini hədəf alan hücumlar və cinayətkar qruplaşmaların fəaliyyəti ilə bağlı əməliyyat keçirilib. Əks-səda xəbər verir ki, bu barədə İstanbul Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, İstanbul mərkəzli olmaqla 3 vilayətdə eyni vaxtda keçirilən əməliyyatlar nəticəsində 12 şübhəli saxlanılıb. Polis orqanları cinayətlərin və cinayətkarların cəzasız qalmaması üçün bu […]

İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən iş yerlərini hədəf alan hücumlar və cinayətkar qruplaşmaların fəaliyyəti ilə bağlı əməliyyat keçirilib.

Əks-səda xəbər verir ki, bu barədə İstanbul Polis İdarəsi məlumat yayıb.

Bildirilib ki, İstanbul mərkəzli olmaqla 3 vilayətdə eyni vaxtda keçirilən əməliyyatlar nəticəsində 12 şübhəli saxlanılıb.

Polis orqanları cinayətlərin və cinayətkarların cəzasız qalmaması üçün bu istiqamətdə mübarizənin və əməliyyatların qətiyyətlə davam etdiriləcəyini açıqlayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.