Həyəcan siqnalı verən Praqa-Buxarest reysinin təyyarəsi Otopeni şəhərində (Buxarestdən 16 km şimalda yerləşir) Anri Koanda adına hava limanında uğurla eniş edib.
Əks-səda “Digi24″ə istinadən xəbər verir ki, hadisə ilə bağlı zəruri prosedurlara başlanılıb.
Bildirilib ki, göyərtəsində 102 sərnişin və 6 heyət üzvünün olduğu “TAROM” şirkətinin təyyarəsi daha əvvəl partlayış təhlükəsi barədə məlumat verib.

