Türkiyənin Şanlıurfa vilayətində 5,4 maqnitudalı zəlzələ olub.
Əks-səda “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) “X” sosial media hesabında məlumat yayıb.
Məlumata görə, təkanlar Qaziantep, Şanlıurfa, Elazığ, Malatya və Diyarbəkirdə hiss edilib və zəlzələ ocağı 7,39 kilometr dərinlikdə olub.
Yeraltı təkandan sonra Diyarbakırda bəzi yollarda çatların əmələ gəldiyi müşahidə edilib.


