“Amazon” şirkəti Mayami hava limanında (Florida ştatı) beş nəfərin ölümü ilə nəticələnən aviaqəzadan sonra “21 Air” yükdaşıyıcısının rəhbərliyini əməkdaşlığı dayandırmaq qərarı barədə məlumatlandırıb.
Əks-səda “The Wall Street Journal”a istinadən xəbər verir ki, bu barədə “Amazon”un mətbuat katibi Kelli Nantel bildirib.
“Təhlükəsizlik istər öz fəaliyyətimizdə, istərsə də tərəfdaşlarla işləyərkən həmişə bizim əsas prioritetimiz olub. Biz istintaqa və bütün zərərçəkənlərə dəstək göstərməyə davam edəcəyik”, – Nantel bildirib.
Qeyd edilir ki, “21 Air” logistika maqnatı və beysbol komandasının sahibi Cim Kreynə məxsusdur. “Amazon”dan əlavə, onun şirkəti “DHL Express”ə də xidmətlər göstərir.


