• Home  
  • Türkiyədə avtobus yük maşını ilə toqquşub, ölən və xəsarət alanlar var
- Dünya - Gündəm - Hadisə

Türkiyədə avtobus yük maşını ilə toqquşub, ölən və xəsarət alanlar var

Türkiyənin Hatay vilayətində işçiləri daşıyan avtobus yük maşını ilə toqquşub, nəticədə 1 nəfər ölüb, 15 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Məlumata görə, qəza Ərzin-Ceyhan avtomobil yolunda baş verib. Hadisə yerinə xilasedicilər, təcili yardım əməkdaşları və jandarm qrupları göndərilib. Yaralılar hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Onların vəziyyəti açıqlanmır. […]

Türkiyənin Hatay vilayətində işçiləri daşıyan avtobus yük maşını ilə toqquşub, nəticədə 1 nəfər ölüb, 15 nəfər yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, qəza Ərzin-Ceyhan avtomobil yolunda baş verib.

Hadisə yerinə xilasedicilər, təcili yardım əməkdaşları və jandarm qrupları göndərilib. Yaralılar hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Onların vəziyyəti açıqlanmır.

Hadisənin başvermə səbəbi hələ məlum deyil.

Qəza ilə bağlı araşdırmaya başlayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.