• Home  
  • Xəzərdə insanların batma təhlükəsi daha çox olan ərazilərin adları açıqlanıb
- Cəmiyyət - Gündəm - Ölkə

Xəzərdə insanların batma təhlükəsi daha çox olan ərazilərin adları açıqlanıb

Xəzər dənizində insanların batma təhlükəsi daha çox olan ərazilərin adları açıqlanıb. Əks-səda xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyi (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, Sabunçu rayonu Bilgəh qəsəbəsində 12-ci […]

Cəmiyyət

Xəzər dənizində insanların batma təhlükəsi daha çox olan ərazilərin adları açıqlanıb.

Əks-səda xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyi (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Sabunçu rayonu Bilgəh qəsəbəsində 12-ci dalan (“Daçnik” kimi tanınan ərazi), Binəqədi rayonu Novxanı qəsəbəsində Sarıqaya deyilən ərazi, Mərdəkan-Şüvəlan ərazisində Mil qaya ərazisi mürəkkəb relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə və digər riskli xüsusiyyətlərə malik olduğu üçün təhlükəli hesab olunur.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.