• Home  
  • Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var
- Dünya - Gündəm - Hadisə

Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var

Türkiyənin Çorum şəhərinin Alaca rayonunda iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb. Əks-səda “TRT Haber”ə istinadən xəbər verir ki, avtomobillər Çorum-Yozqat avtomobil yolunun Koçhisar su anbarı yaxınlığında toqquşub. Qəzada sürücü və eyni avtomobildə olan 3 nəfər həyatını itirib. Digər avtomobildəki iki nəfər xəsarət alıb. Məlumat əsasında qəza yerinə jandarm və tibb qrupları göndərilib. […]

Türkiyənin Çorum şəhərinin Alaca rayonunda iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Əks-səda “TRT Haber”ə istinadən xəbər verir ki, avtomobillər Çorum-Yozqat avtomobil yolunun Koçhisar su anbarı yaxınlığında toqquşub.

Qəzada sürücü və eyni avtomobildə olan 3 nəfər həyatını itirib. Digər avtomobildəki iki nəfər xəsarət alıb.

Məlumat əsasında qəza yerinə jandarm və tibb qrupları göndərilib. Yaralılar tibb qrupları tərəfindən edilən ilkin müdaxilədən sonra təcili yardım maşını ilə Alaca Dövlət Xəstəxanasına çatdırılıb.

Qəzada həyatını itirən digər 3 nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün işlər davam edir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.