• Home  
  • Stavropoldakı istirahət mərkəzində 80 nəfər zəhərlənib
- Dünya - Gündəm - Hadisə

Stavropoldakı istirahət mərkəzində 80 nəfər zəhərlənib

Rusiyanın Stavropol diyarında, Novoselitskoye kəndi yaxınlığındakı “Volçyi Vorota” su anbarında yerləşən istirahət mərkəzində 80 nəfər bağırsaq infeksiyası əlamətləri ilə tibbi yardıma müraciət edib. Əks-səda xəbər verir ki, bu barədə “İnterfaks” regionun hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. “80 nəfər tibbi yardıma müraciət edib, onlardan 40-ı Novoselitskoye xəstəxanasına”, – bildirilib. Onun sözlərinə görə, Novoselitskoye dairəsində doqquz nəfər xəstəxanaya […]

Rusiyanın Stavropol diyarında, Novoselitskoye kəndi yaxınlığındakı “Volçyi Vorota” su anbarında yerləşən istirahət mərkəzində 80 nəfər bağırsaq infeksiyası əlamətləri ilə tibbi yardıma müraciət edib.

Əks-səda xəbər verir ki, bu barədə “İnterfaks” regionun hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

“80 nəfər tibbi yardıma müraciət edib, onlardan 40-ı Novoselitskoye xəstəxanasına”, – bildirilib.

Onun sözlərinə görə, Novoselitskoye dairəsində doqquz nəfər xəstəxanaya yerləşdirilib, onların arasında iki uşaq var.

“Hazırda dairədə xəstəxanada 5 nəfər qalır, onların arasında uşaq yoxdur”, – hüquq-mühafizə orqanlarından əlavə ediblər.

Otel kompleksi sosial şəbəkələrdə bildirib ki, kəskin bağırsaq pozuntusu simptomları ilə müraciət hallarının qeydə alınması ilə əlaqədar müştərilərin qəbulunu dayandırıb.

Hadisənin səbəblərini müəyyənləşdirmək üçün sanitar-epidemioloji araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.