• Home  
  • Türkiyədə metro xəttinin kabellərində partlayış olub, sərnişinlər təxliyə edilib
- Dünya - Gündəm - Hadisə

Türkiyədə metro xəttinin kabellərində partlayış olub, sərnişinlər təxliyə edilib

Türkiyənin İstanbul şəhərində M5 Üsküdar-Sultanbeyli Metro Xəttinin İhlamurkuyu stansiyasında kabellərdəki partlayış nəticəsində platformanı tüstü bürüyüb, sərnişinlər təxliyə edilib. Əks-səda xəbər verir ki, məlumatı “Haber Global” yayıb. Bildirilib ki, partlayışdan sonra stansiyanı tüstü bürüyüb. Qatarların hərəkəti dayandırılıb, sərnişinlər təxliyə edilib. Məlumata görə, hadisə yerinə yanğınsöndürmə briqadaları, təcili tibbi yardım heyəti cəlb olunub. İnformasiyaya əsasən, İhlamurkuyu stansiyasında yaşanan […]

Türkiyənin İstanbul şəhərində M5 Üsküdar-Sultanbeyli Metro Xəttinin İhlamurkuyu stansiyasında kabellərdəki partlayış nəticəsində platformanı tüstü bürüyüb, sərnişinlər təxliyə edilib.

Əks-səda xəbər verir ki, məlumatı “Haber Global” yayıb.

Bildirilib ki, partlayışdan sonra stansiyanı tüstü bürüyüb. Qatarların hərəkəti dayandırılıb, sərnişinlər təxliyə edilib.

Məlumata görə, hadisə yerinə yanğınsöndürmə briqadaları, təcili tibbi yardım heyəti cəlb olunub.

İnformasiyaya əsasən, İhlamurkuyu stansiyasında yaşanan nasazlıq səbəbindən metro xəttinin bəzi dayanacaqlarında da sıxlıq olub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.